NTD klubu yeni basketbolçu ilə anlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Zeyn Nouls mövsümün sonuna kimi komandada çıxış edəcək.
Baham adalarından olan 34 yaşlı oyunçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Zeyn Nouls son olaraq Türkiyənin "Cedi Osman" klubunun şərəfini qoruyub.