01 fevral 2026 16:57
128

ABL: "Gəncə" "Şəki"ni məğlub edib

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Gəncə" "Şəki"ni qəbul edib.

A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 95:80.

Günün ikinci görüşündə "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.