Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
“İki sahil” xəbər verir ki, deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. B
elə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, E.Süleymanov küçəsi 116, 118 və C.Naxçıvanski küçəsi 63 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.
Nazirlik rəsmisi: "Universitetlərdə kibertəhlükəsizlik laboratoriyalarının yaradılması prioritetdir"
Səbuhi Qəhrəmanov: "Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir"
BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir
Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsində hal şahidləri dindirilib