Erməni əsilli amerikalı rəssam- yazıçı Kardaş Onniq: Bizə qəhrəman kimi təqdim edilənlər əslində qatillər idilər
Hə, hörmətli oxucular, belə-belə işlər. Yəqin ki, yazının başlığını oxuyarkən ilk növbədə ağlınızın süzgəcindən keçən fikir bu olacaq ki, sual ritorikdir. Yəni, tarix boyu azərbaycanlılara və türklərə düşmən kəsilən, zaman-zaman bu iki xalqa qarşı vandallardan da betər vəhşi üsullarla tükürpədici soyqırımları, qətliamlar törədən hay adlı toplumun islah olunması mümkün deyil. Haqlısınız və bu sətirlərin müəllifi də sizinlə yüzə-yüz həmrəydir. Amma bəla burasındadır ki, artıq 200 ildir haylar və onların havadarları bu üzdəniraq toplumu beynəlxalq ictimaiyyətə “dünyanın ən sivil, ən qədim, eyni zamanda, ən məzlum, ən əzabkeş xalqlarının birincisi” kimi sırımağa çalışırlar. Açıq demək lazımdır ki, əksər hallarda bu iyrənc məqsədlərinə nail ola bilirlər.
Amma, eyni zamanda, insafən onu da vurğulamalıyıq ki, ötən iki əsr ərzində dünyanın dahi mütəfəkkirləri, görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri, hətta hayların özlərinin arasından “yazıq”, “məzlum”, “əzabkeş” kimi epitetlərlə maskalanmış vandal ermənilərin gerçək sifətini faş edib külli-aləmə bəyn edənlər də az olmayıb. Günümüzdəki Livanda anadan olmuş, hazırda ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçı Kardaş Onniq kimi...
Kardaş Onniq kimdir?
Ondan başlayaq ki, Kardaş bu Livan ermənisinin həqiqi, yəni, necə deyərlər, anadangəlmə adı deyil. O, “Kardaş” adını 1982-ci ildə qondarma “erməni soyqırımı” zamanı nənəsini xilas edən türklərin şərəfinə qəbul edib. Bəlkə də Kardaş sıradan bir erməni əsilli yazıçı olaraq heç vaxt beynəlxalq medianın gündəmini bu dərəcədə “zəbt” edə bilməzdi. Əgər “Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi” (“Savage Chic: A fool's chronicle of the Caucasus”) adlı əsərini yazmasaydı. Məsələ burasındadır ki, əvvəlcə ABŞ-da ingilis dilində işıq üzü görən, üstündən 20 il keçəndən sonra isə Ermənistandakı Amerika Universitetinin tələbəsi tərəfindən erməni dilinə tərcümə ediilərək İrəvanda çapdan çıxan bu kitabına görə ailəsi də daxil olmaqla əksər dünya erməniliyi, xüsusilə Ermənistanda sabiq prezidentlər, Xocalı qatilləri Robert Koçaryan, Serjik Sarkisyan və onların ozamankı çoxsaylı tərəfdarları Kardaş Onniqi “vətən xaini”, “türk agenti”, “azərbaycanlıların dəyirmanına su tökən” adlandırıb, onu mütəmadi surətdə təqib edib, ünvanına olmazın təhqirlər, hədyanlar yağdırıblar. Hətta deyilənlərə görə, o, ABŞ-dakı erməni diasporu tərəfindən ölümlə təhdid olunub. Ədalət naminə qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı, müzakirələrə qatılanlar arasında sayi birincilərlə müqayisədə qat-qat az olsa da Kardaş Onniqi “həqiqəti yazan nadir erməni müəlliflərdən biri” kimi xarakterizə edənlər də tapılıb. Amma onların səsi qaragüruhçu və “vətənşüvən” ermənilərin ürək bulandıran anqırtıları fonunda eşidilməz olub.
Hayları cin atına mindirən “vəhşi qəşəng...”
Məsələnin məğzinə keçməmişdən öncə onu vurğulayaq ki, kitabın yuxarıda qeyd etdiyimiz adında, yəni, “Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi”ndə yer alan ilk iki söz (vəhşi qəşəng) müəllifin əvvəldən axıradək obyektiv gerçəkliyə söykənən mövqeyi barədə çox şey deyir. Başqa sözlə, erməni əsilli amerikalı yazıçı bu iki sözdə tarix boyu zahirən özünü dünyanın ən qədim, ən sivil, ən intellektli, ən humanist, eyni zamanda, ən əzabkeş, ən çox soyqırımına məruz qalan xalqı təqdim edən erməniliyin batilində gizlənən, hətta artıq yer üzündən silinmiş qədim qaniçən vandal tayfalarının belə həsəd apara biləcəyi vəhşiliyin miqyasına işarə edir. “Vəhşi qəşəng” ifadələri ilə demək istəyir ki, hay toplumu zahirən özünü dünyaya “qəşəng” libasında təqdim etməyə çalışşa da mayası qaniçənliklə, terrorla, başqa xalqlara, xüsusilə azərbaycanlılara və türklərə qarşı bitib-tükənməz nifrətlə yoğrulub.
Ən maraqlıqı odur ki, müəllif daha sonra kitabın səhifələrində əks etdirdiyi tükürpədici faktlarla əsərin adındakı “vəhşi qəşəng” ifadəsinə gün kimi aydınlıq gətirir. Dünya erməniliyini, necə deyərlər, cin atına mindirən də bax, budur!
“Mən Şuşaya erməni vətənpərvəri kimi getmişdim, amma...”
Nəhayət, gələk əsl mətləb üstünə. Bəs, Kardaş Onniqin bütün dünyada böyük rezonans doğuran məlum kitabında nələrdən bəhs edilir? Özünün dediyinə görə, Kardaş Onniq 2001-ci ildə işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin qondarma “mədəniyyət nazirliyi”nin dəvəti ilə Şuşaya gəlib və erməni diasporundan olan ilk rezident rəssam kimi burada bir neçə ay yaşayıb və işləyib. O, sözügedən kitabında Şuşaya getməyinin məqsədi barədə belə yazır “Oraya erməni vətənpərvəri kimi getmişdim, amma gördüklərimdən sonra qayıdanda bütün ideologiyalara şübhə ilə yanaşmağa başladım. Bizə illərlə nifrət aşılanmışdı. Qarabağda isə gördüm ki, ‘qəhrəman’ adlandırılanlar əslində cinayət törədən qatillərdir.” Müəllif yazır ki, mən seraratçı rejimin “mədəniyyət nazirliyi”nin dəvəti ilə Şuşaya yola düşəndə Azərbaycanın qədim mədəniyyət və incəsənət beşiyi olan bu şəhərdə hər addımda tarixın dərinliyindən bugünümüzə boylanan əsrarəngiz maddi- mədəniyyət abidələri, memarlıq inciləri ilə qarşılağacağımı düşünürdüm. Amma əvəzində nə gördüm?..
Erməni komandirlərdən əsgərlərə əmr: Azərbaycanlılar insan kimi deyil, hərbi obyekt kimi məhv edilməlidir
Onu gördüm ki, Şuşa xarabazarlığa çevrilib. Şəhər başdan-başa sistemli şəkildə qarət olunub, evlərdən təkcə qiymətli əşyalar deyil, hətta tikinti materialları da aparılıb.Təsəvvür edin ki, bir zamanlar Şuşa Azərbaycanın mədəniyyət mərkəzi idi. Şəhərdə inanılmaz gözəllikdə saraylar, məscidlər, heykəllər vardı... Təkcə Bülbülün abidəsi nəyə desən dəyərdi... Bu gün isə ermənilər bütün bunları xarabalığa çeviriblər. Azərbaycan əhalisi son nəfərinə qədər qovulub, küçələr “ölü” vəziyyətdədir... Şuşada adamlarla rastlaşanda anlayırdım ki, onların hər biri bu dəhşətli cinayətin iştirakçısıdır. Onlar özləri də nəinki bu cinayətlərini gizlətmir, hətta nə qədər azərbaycanlını və necə qəddar üsullarla öldürdükləri barədə fəxrlə danışırdılar. Bu tükürpədən “xatirələrə” qulaq asmaq mümkün deyildi. Ona görə bu vəhşiləri başa salmağa çalışırdım ki, mənim yanımda belə şeylər haqqında danışmaq olmaz.
Üstəlik, buradakı hər bir erməni özündən seriya qətllərin təşkilatçısı olması barədə rəvayət uydurmaqdan da sanki həzz alırdı. Halbuki, reallıqda belə bir şey baş verməmişdi. Dünyanın hər yerindən erməni diasporlarının nümayəndələri və Ermənistandan turistlər gələndə bir azərbaycanlını qətlə yetirən erməni 10 azərbaycanlını necə öldürməsi ilə bağlı cəfəngiyyat uydururdu. Bu “qəhrəmanlıq dastanları” dünya ermənilərinin təmsilçilərinin qəlbini iftixar hissi ilə doldururdu. Çünki dünyanın müxtəlif güşələrindən ermənilər buraya bu cür əhvalatları dinləmək üçün gəlirdilər və soydaşlarının “hünər”ləri barədə eşitmək onlar üçün çox xoş idi.”
Müəllif daha sonra Şuşada olduğu müddətdə həmvətənlərinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlar və qeyri-insani davranışlar haqqında necə fəxrlə danıqdıqlarından dəhşətə gəldiyini yazır: “Xüsusilə erməni komandirlərinin öz əsgərlərinə verdikləri əmr barədə eşidəndə dəli olmaq həddinə çatmışdım. Onlar əsgərlərə əmr edirmişlər ki, azərbaycanlılar insan kimi deyil, hərbi obyekt kimi məhv edilməlidir. Belə qeyri-insani davranışlardan bəhs edən epizodları dinlədikdən sonra uzun müddət dərin mənəvi sarsıntıdan xilas ola bilmirdim.
Bu gün Bakı təcridxanasında “çay içən” quldurbaşı Qukasyan köhnə dostunun başını necə dağıtdırdı?..
Ümumiyyətlə, bu şəhərdə hökm sürən zorakılıq və dəhşət atmosferi məni həddindən artıq sıxırdı. Düşünürdüm ki, mən daha burada qala bilmərəm. Qəti qərar qəbul etməyimi şərtləndirən son damla restoranda baş verən hadisə oldu. Yadımdadır, o gecə yüksək vəzifə sahiblərini, müxtəlif hörmətli qonaqları axşam yeməyinə dəvət etmişdilər. Binaya “prezident” Arkadi Qukasyan (o, 1997-2007-ci illərdə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış quldurlardan ibarət separatçı rejimin başçısı olub və hazırda Bakı İstintaq Təcridxanasında ”çay içib istirahət edir” - Ə.Q.) və Şarl Aznavur (erməni əsilli fransalı müğənni, şair, yazıçı və aktyor – Ə.Q.) daxil oldular. Bir müddət sonra Qukasyanın köhnə dostu (ehtimal ki, o, sərxoş idi) onlara yaxınlaşdı və görünür Arkadinin ünvanına alçaldıcı sözlər dedi. Bundan sonra Arkadi Qukasyan mühafizəçiləri ilə birlikdə restoranı tərk etdi. Lakin çox keçmədən cangüdənlər geri qayıdıb, həmin şəxsi tualetə apararaq tapançaları ilə onun başını dağıtdılar. Restoranda isə caz musiqisi ifa olunur və burada əylənən yüzdən çox erməni yerindən tərpənməyə belə cəsarət etmirdi. Bu, ağılasığmayan bir hadisə idi. Artıq bu zaman mən tam olaraq anladım ki, həyatım təhlükədədir və burada qala bilmərəm. Ertəsi gün Qarabağı tərk edib Amerikaya qayıtdım.”
...Sonda yazıçı kitabı yazmaqda məqsədinin həqiqəti gizlətməmək olduğunu bildirərək qeyd edir ki, susmaq və rahat yaşamaq imkanım olsa da, gördüklərim buna imkan vermədi. Eyni zamanda, Onniq kitabının son akkordlarında əmin olduğunu bildirir ki, bu həqiqətlər erməni cəmiyyətində anlaşıqla qarşılanacaq, onlar sələflərinin cinayətkar əməllərini ən azı lənətləyəcəklər.
Amma, ancaq, lakin... Artıq 5 ildir İkinci Qarabağ müharibəsindəki biabırçı kapitulyasiyasının ağrılarını yaşayan bugünkü erməni cəmiyyəti sələflərinin 1988-2020-ci illər aralığında bu gün Ermənistan adlanan Qərbi Azərbaycan torpağında və Qarabağda dinc azərbaycanlılara qarşı törətdikləri insanlığa sığmayan vəhşlikləri lənətləyib, həqiqətləri qələmə aldığına görə Kardaş Onniqə minnətdarlıq ifadə edibmi? Təəssüf ki, yox. Hələ bu azmış kimi müəllifin 44 günlük müharibədən sonra “Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi” (“Savage Chic: A fool's chronicle of the Caucasus”) kitabında yer alan quldurbaşı Arkadi Qukasyanın quldur dəstəsinin məlum restoran terroru qurbanının xatirəsinə İrəvanda abidə qoyulması barədə bu gün gecə-gündüz “sülh nəğməsi” oxuyan Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı müraciətə cavab olaraq işğalçı dövlətin ABŞ-dakı səfirliyindən ona bildiriblər ki, süzin belə bir təklif verməyə hüququnuz yoxdur: “Çünki siz Ermənistanda “persona non-qrata” elan olunmusunuz.”
İndi siz deyin, hörmətli oxucular, terroru dövlət səviyyəsində dəstəkləyən vandal xislətli toplumun islah olunması mümkündürmü? Bir də ki, bu yerdə “İtlə yoldaşlıq eləsən də çomağını əlindən yerə qoyma” məşhur Azərbaycan zərb-məsəlini necə xatırlamayasan...
Əhməd Qurbanoğlu, “İki sahil”
Bu gün müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb
Təhlükəsiz rəqəmsal cəmiyyətdə gənclərin təhlükəsiz rəqəmsal davranış tərbiyəsi