05 fevral 2026 12:30
151

İndiyə qədər Fond vasitəsilə NEÇƏ TƏLƏBƏ KREDİT ALIB?

Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən, təhsil tələbə kreditləri ölkə ərazisində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrində normativ təhsil müddətində əyani və ödənişli əsaslarla təhsil alan, əvvəlki semestrlər üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub. Təhsil pilləri üzrə formalaşan statistikaya əsasən Fond fəaliyyətə başladığı gündən bu günə qədər Fonda məxsus elektron portal (e-ttkf.edu.az) vasitəsilə 88 mindən çox müraciət daxil olmuşdur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Fondun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova söyləyib. 

Onun sözlərinə görə, bumüraciətlər əsasında 72 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.

Yaqut Ağaşahqızı, “İki sahil”