İngiltərənin "Mançester Siti" klubu 115 maliyyə pozuntusu ilə bağlı qərarın gecikməsini maraqlı səbəblə əlaqələndirib.
“İki sahil” "The Touchline"a istinadən xəbər verir ki, "şəhərlilər" Premyer Liqa rəhbərliyinin klubu çempionatdan kənarlaşdırmağa cürət etmədiyini düşünür.
Məlumata görə, əgər klub elitadan qovularsa, bu, İngiltərə futboluna 2,5 milyard funt sterlinq (təxminən 2,8 milyard avro) bahasına başa gələcək. Belə ki, klubun cəzalanacağı təqdirdə, baş məşqçi Xosep Qvardiola və Erlinq Haaland kimi superulduzlar çempionatı tərk edəcəklər.
Bu halda yayım hüququna malik telekanallar müqavilələri ləğv etmək hüququ qazanacaqlar. Bu fonda Premyer Liqa anidən nəhəng maliyyə itkisi ilə üzləşə bilər.
Xatırladaq ki, Premyer Liqa 2023-cü ilin fevralında "Mançester Siti"yə qarşı maliyyə qaydalarını pozmaqla bağlı rəsmi ittiham irəli sürüb. İttiham aktında 115 bənd yer alıb.