08 fevral 2026 00:44
119

Müşfiq Məmmədli Sitalçay kənd sakinləri ilə görüşüb

Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunun Sitalçay kəndində sakinlərlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə müraciət və təkliflər dinlənilib.

Sosial baxımdan həssas qrupa mənsub olan vətəndaşın xahişi əsasında onun evini ziyarət edən deputat mövcud vəziyyəti yerində araşdırıb.

M.Məmmədli bildirib ki, qaldırılan məsələlər diqqətlə qeydə alınıb, aidiyyəti qurumlarla birgə həlli istiqamətində işlər aparılacaq.