12 fevral 2026 23:09
131

Kris Uormold istefa verib

Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Uormold istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.

Uormoldun istefası baş nazirin öz aparatının işini "yenidən qurmaq" cəhdləri ilə əlaqələndirilir. Bu addım baş nazirin vaxtilə ABŞ-y' səfir təyin etdiyi sabiq nazir və Leyboristlər Partiyasının nüfuzlu üzvü Piter Mandelsonun adı ilə bağlı bir sıra qalmaqallardan sonra atılıb.

Baş nazir Kir Starmer öz bəyanatında vəzifəsindən ayrılan məmura "mülki xidmətdəki uzun və şərəfli karyerasına", həmçinin Nazirlər Kabinetinin katibi qismində ona göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.