17 fevral 2026 12:32
116

Ramazan ayının başlaması ilə bağlı fətva verilib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

“İki sahil” xəbər verir ki, fətvada deyilir:

"Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək".

Qeyd olunub ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək:

"Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur".

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib.