22 fevral 2026 14:31
107

Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar

Tamblinq gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bakıda keçirilən Dünya Kubokunda daha iki medal qazanıblar.

“İki sahil” xəbər verir ki, Mixail Malkin 29,800 xalla qızıl, Tofiq Əliyev isə 29,300 xalla gümüş mükafata sahib çıxıb.

Daha əvvəl batut gimnastı Selcan Mahsudova fərdi proqramda ikinci olub.

Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.