28 avqust 2026 23:32
122

AÇ: Millimiz 1/8 finalında Türkiyə ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, oyunları Bakıda təşkil olunan C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.

"Ay-ulduzlular" bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.

1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.