Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan Lətifov Azadxan Mansur oğlu 70 illik yubileyi münasibətilə onunla evində görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Azadxan Lətifovla söhbətində qeyd edib ki, yubilyar uzun illər Kürdəmir rayon Maliyyə İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
Ayaz Cəbrayılov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Görüşün sonunda partiya veteranı Azadxan Lətifov partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.
Sonda çıxış edən partiya veteranı Azadxan Lətifov göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.
Nəsimi rayonunda əməliyyatlar keçirilib -13 kq dan çox narkotik vasitə aşkarlandı