24 fevral 2026 15:54
107

Medvedev Avropaya nüvə silahı ilə bağlı xəbərdarlıq edib

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, əgər üçüncü dövlətlər tərəfindən Ukraynaya nüvə silahı verilsə, Rusiya cavab olaraq qeyri-strateji nüvə silahından istifadə etməyə məcbur qala bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Onun sözlərinə görə, nüvə silahının Kiyevə ötürülməsi vəziyyəti köklü şəkildə dəyişdirəcək və Moskva bunu birbaşa nüvə silahının münaqişədə iştirak edən tərəfə verilməsi kimi qiymətləndirəcək. Medvedev bildirib ki, belə bir addım atılarsa, Rusiya “istənilən vasitədən, o cümlədən qeyri-strateji nüvə silahından” istifadə edə bilər. O, zərbələrin yalnız Ukrayna ərazisi ilə məhdudlaşmaya biləcəyini, silahı verən ölkələrin də nüvə münaqişəsinin iştirakçısına çevrilə biləcəyini vurğulayıb.