Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi Şamil Kamil oğlu İsmayıllının ailəsini ziyarət edib. Görüşdə rayonun baş axundu və şəhidin ailə üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı şəhid Şamil İsmayıllının keçdiyi döyüş yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Bildirilib ki, Şamil kimi oğulların canı və qanı hesabına torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanır.
Anar Məmmədov ailənin sosial vəziyyəti, məişət qayğıları və ehtiyacları ilə yaxından maraqlanıb. Anar Məmmədov qeyd edib ki, şəhid ailələrinin problemlərinin həlli və onlara mənəvi dəstək olmaq hər bir dövlət rəsmisinin və hər bir vətəndaşın borcudur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.