Rusiya ABŞ ilə İran arasındakı danışıqların nəticələrindən öz çıxarışlarını edir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Rusiya tərəfi ABŞ-İran danışıqlarının nəticələrindən nəticə çıxarır.
Peskov qeyd edib: “Şübhəsiz, biz vəziyyəti analiz edirik və müvafiq nəticələr çıxarırıq. Lakin bizim maraqlarımıza uyğun işləri davam etdiririk.”
Eyni zamanda o əlavə edib ki, Rusiya tərəfi İranla eskalasiyanın mövzusu üzrə daimi əlaqədədir.