02 mart 2026 15:01
120

İrandan sonra növbəti hədəf Kubadır - Senator Qrem

ABŞ senatoru Lindsi Qrem Vaşinqtonun növbəti hədəfinin Kuba olacağını bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə Fox News-a bildirib.

Siyasətçi Havanada mövcud hökumətin tezliklə süqut edəcəyinə əminliyini bildirib. O, bunu Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqələndirib. Onun fikrincə, İran rəhbərliyi nəzarəti itirir.

"Növbəti Kubadır. Onların rejimi süqut edəcək. Onların günləri sayılıdır. İran rejimi çökmək üzrədir", - deyə, Qrem bildirib.

Bir müddət əvvəl "The Atlantic" jurnalı mənbələrə istinadən ABŞ rəhbərliyinin Venesuela və İrana qarşı oxşar hərəkətlərin nəticələrindən həvəslənərək Kubaya qarşı hərbi əməliyyat keçirməyi düşündüyünü bildirmişdi.