02 mart 2026 15:07
120

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

“İki sahil” xəbər verir ki, bununa bağlı Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Məlumata görə bu vəzifə Dunkan Normana həvalə edilib.

Norman öz sosial şəbəkə hesabında payalşım edərək Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyduğunu bildirib.

"Böyük Britaniya - Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o vurğulayıb.