Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
O bildirib ki, Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb.
Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissar vurğulayıb: “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır - Prezident
Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər