03 mart 2026 14:52
88

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır - Prezident

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

“İki sahil” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı vurğulayıb: “Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.