Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını xatırladan dövlətimizin başçısı deyib: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.
Müşfiq Məmmədli: İran tərəfi qısa müddət ərzində bu məsələyə rəsmi izahat verməlidir
Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident İlham Əliyev