İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumunu qətiyyətlə pisləyirik. Naxçıvan ərazisində mülki infrastrukturu hədəf alan bu cür addımlar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda sabitliyə ciddi təhdid yaradır.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Deputat qeyd edib ki, baş vermiş hadisə ilə bağlı İran tərəfi qısa müddət ərzində bu məsələyə rəsmi izahat verməli, oxşar halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir.
“Azərbaycan Respublikası hər zaman mehriban qonşuluq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən heç vaxt İran və ya digər dövlətlər üçün təhlükə yaranmayıb və belə bir niyyət də mövcud deyil. Qeyd edilməlidir ki, Azərbaycan çətin məqamlarda da humanitar və dost münasibətlər nümayiş etdirərək qonşularına dəstək olub. Bu baxımdan, mülki vətəndaşların istifadə etdiyi obyektlərin hədəfə alınması qəbuledilməzdir və dinc əhaliyə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir”, - Müşfiq Məmmədli əlavə edib.
Kamaləddin Qafarov: Regionun gələcəyi qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır
Prezident: Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir