05 mart 2026 19:37
113

İran qonşuluq siyasətində xəyanət yolu tutub

Azərbaycan ədalətin və sülhün bərqərar olunmasına tərəfdar və hətta qarant olan regionun güclü dövlətidir. Qonşuluq siyasətində bu fəaliyyət Azərbaycanın strateji xətti kimi özünü təsdiq edib. Hər bir addım regionun sabitliyi üçün planlaşdırılıb. Bu siyasətə qarşı İran özünün daxilində cəryan edən çirkin niyyətini ifadə edir və xəyanət yolu tutub.

Bu sözləri "İki sahil"ə açıqlamasında politoloq Sənan Həsənov bildirib.

O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin  siyasi iradəsi ilə heç bir ölkə Azərbaycanın  ərazisindən hərbi məqsədlər üçün istifadə edə bilməyib. Bu qonşuluq siyasətinə böyük sədaqətdir və ölkəmizin niyyətindən xəbər verir. Lakin İranın isə belə addımları nəinki regionda hətta dünya dövlətlərinin nəzərində özünü tamamilə rüsvay edir və iflasını yetişdirir. Iran Azərbaycana qarşı etdiyi növbəti xəyanətin cavabını verməli və hüquqi müstəvidə məsuliyyətini müəyyənləşdirməlidir.