06 mart 2026 11:55
135

Venesuela ABŞ ilə diplomatik münasibətləri bərpa edib

Venesuela ABŞ ilə diplomatik və konsulluq münasibətlərinin bərpa olunduğunu elan edib.

“İki sahil” xəbər verir ki, Cənubi Amerika ölkəsinin hökuməti bununla bağlı qərarını dünən axşam saatlarında açıqlayıb.

Bəyanatda deyilir ki, bu addım Karakas və Vaşinqton arasında davamlı diplomatik dialoqun ardınca atılıb. Dialoq zamanı tərəflər institusional əlaqələri yeniləmək və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə keçmək barədə razılığa gəliblər.

Venesuela tərəfi qarşılıqlı hörmət, dövlətlərin suveren bərabərliyi və xalqlar arasında əməkdaşlıq prinsipləri ilə xarakterizə olunan ikitərəfli münasibətlərdə yeni bir mərhələyə hazır olduğunu qeyd edib.