06 mart 2026 11:56
139

Maya Sandu: Moldova təhlükəsizlik zəmanətləri olmasa da, Aİ-yə qoşulmağa hazırdır

Moldova Prezidenti Maya Sandu ölkəsinin məhdud hüquqlarla olsa belə Avropa İttifaqına üzvlüyə çalışacağını bildirib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı bunu “Magazin TV”nin efirində deyib.

O, həmçinin Avropa İttifaqına üzvlüyün Moldovanın nə təhlükəsizliyini, nə də iqtisadi inkişafını təmin etməyəcəyini vurğulayıb.

Maya Sandu və onun partiyası hakimiyyətə gələndən bəri respublika ağır iqtisadi böhran yaşayır. 2021-ci ildə benzinin qiyməti yeddi dəfə bahalaşıb ki, bu da illik inflyasiyanın 30 faizə çatmasına və hökumətin istefasını tələb edən ictimai etirazlara səbəb olub.

Xatırladaq ki, Moldova 2022-ci ildə Avropa İttifaqına üzvlük üçün namizəd statusu alıb və bu istiqamətdə danışıqlar 2024-cü ilin yayında başlayıb.