Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib.
"Bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa şamildir. Hazırda bu istiqamətdə iş aparılır".
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Azərbaycan səfiri: İran ərazisindən Azərbaycana edilən dron hücumu əsassız terror aktıdır