Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ İran tam və qəti şəkildə məğlub edilənə qədər İsraillə birgə İrana qarşı həyata keçirilən əməliyyatı başa çatdırmaq niyyətində deyil.
“İki sahil” xəbər verir ki, o, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birgə mətbuat konfransında bildirib.
"ABŞ düşmən tam və qəti şəkildə məğlub edilənə qədər geri çəkilməyəcək. Lakin biz öz qrafikimizə və öz seçimimizə uyğun hərəkət edəcəyik", - o deyib.
Bununla yanaşı, Heqset əməliyyatın hansı mərhələdə olduğunu dəqiqləşdirməyib, yalnız ABŞ qoşunlarının tapşırıqları dəqiqlik yerinə yetirdiyini qeyd edib.
"Biz üstün və zəifləməyən diqqətimizi məqsədlərimizə yönəltdiyimiz üçün qalib gəlirik. Bu məqsədlər burada "Epik qəzəb" ("Epic Fury") əməliyyatı ilə bağlı ilk brifinqimi keçirdiyim gündə olduğu kimi dəyişməz olaraq qalır", - Heqset qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı əməliyyatda qarşıya qoyulan hədəflərə demək olar ki, nail olduğunu bildirmişdi və hərbi əməliyyatların tezliklə başa çatacağını vəd etmişdi. ("Report")