10 mart 2026 17:14
111

Almaniyada həmin qərara yenidən baxılmayacaq

Almaniya Kansleri Fridrix Merts  ölkənin nüvə energetikasından imtina qərarının yenidən nəzərdən keçirilməyəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mertsin sözlərinə görə, Almaniya hökuməti bu qərarı əvvəllər qəbul edib və mövcud vəziyyətdə onu dəyişmək planlaşdırılmır:

“Almaniya hökuməti əvvəllər nüvə energetikasından çıxmaq barədə qərar qəbul edib. Bu qərar yenidən nəzərdən keçirilmir. Mən buna görə təəssüflənirəm, amma vəziyyət belədir.”

Kansler əlavə edib ki, hazırda hökumət enerji siyasətində seçilmiş kursun həyata keçirilməsinə diqqət yetirir.