Azərbaycan Respublikası Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
“Son bir il ərzində biz əlaqələrimizi daha da canlandırdıq və bugünkü görüşümüz də bunun bariz nümunəsidir”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.
O, Avropa İttifaqının bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətində olduğunu vurğulayıb.
Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq - Prezident İlham Əliyev
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir