Təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub.
“İki sahil” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.
Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.
Şuşa Bəyannaməsi: Davamlı sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın strateji yol xəritəsi
Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb
Tahir Budaqov: 15 iyun tarixi, eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə də əlamətdardır