Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.
Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb