Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
“İki sahil” xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirdi.
Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulandı.
Tahir Budaqov: 15 iyun tarixi, eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə də əlamətdardır
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsinin 5 ili münasibətilə paylaşım edib
Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir