Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibət mövcuddur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dəvət olunmuş ölkə kimi çıxış edir və bu təşəbbüsü dəstəkləyir. Bu, bir çoxumuz, xüsusən də inkişaf edən bir mühitdən gələnlər üçün vacib bir çağırışdır. Ölkəmiz beynəlxalq hüquqa əməl etmək bacarığının nə demək olduğunu yaxşı bilir. Çünki Azərbaycan uzun müddət beynəlxalq hüququn pozulmasından əziyyət çəkib.
“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası zamanı söyləyib.
Digər məsələnin iqtisadi kontekstlə bağlı olduğunu diqqətə çatdıran nazir deyib: "Bizim regionda 35 ildən sonra ilk dəfə sülh, sabitlik əldə edilib, sərhədlər açılıb. Bu, eyni zamanda, hazırda davam edən Ermənistan və Azərbaycan arasındakı danışıqların sayəsində mümkün olub. Bu mənada Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir ittifaqda birləşdirən ortaq siyasətimizin əsas istiqamətlərindən biridir".
Tahir Budaqov: 15 iyun tarixi, eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə də əlamətdardır
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsinin 5 ili münasibətilə paylaşım edib
Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir