13 mart 2026 13:26
104

Hafsat Abiola: COP32-də gəncləri və qadınları prosesə daha fəal cəlb etməliyik

Efiopiya mühüm ölkədir. O, Afrikada müstəmləkəçiliyə məruz qalmayan yeganə dövlətidir. Efiopiya iqlim dəyişikliyi məsələlərində qitənin səsini dünyaya çatdırmaq üçün əlindən gələni edir.

“İki sahil” xəbər verir ki, bunu "Vital Voices Global Partnerships" təşkilatının İqlim Ədaləti Proqramının rəhbəri Hafsat Abiola XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzulu panel iclasda çıxışı zamanı deyib.

"COP32-də biz gəncləri və qadınları prosesə daha fəal cəlb etməliyik. İndiyədək COP prezidentləri arasında cəmi 4 qadın olub. Bizim danışıqlar aparmaq bacarığımızdan və biliklərimizdən istifadə olunmalıdır. Türkiyəli naziri Efiopiya ilə əlaqələri gücləndirməyə və bu prosesi inkişaf etdirməyə dəvət edirəm. Bu addım növbəti COP mərhələlərində daha təsirli nəticələr verəcək", - deyə o əlavə edib.