13 mart 2026 23:37
88

Nikita Xruşşovun nəticəsi xarici agent elan edilib

Rusiya Ədliyyə Nazirliyi keçmiş SSRİ rəhbəri Nikita Xruşşovun nəticəsi, politoloq və publisist Nina Xruşşovanın adını xarici agentlər reyestrinə daxil edib.

“İki sahil” xəbər verir ki, müvafiq məlumat Rusiya Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunub.

Nina Xruşşova 1963-cü il oktyabrın 30-da Moskvada Lev Petrov və Yuliya Xruşşovanın ailəsində anadan olub. O, 1987-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsini “Rus dili” ixtisası üzrə bitirib.

1991-ci ildə Nina Xruşşova təhsilini və elmi fəaliyyətini davam etdirmək üçün ABŞ-yə gedib. Hazırda o, Nyu-York şəhərində yerləşən Yeni Məktəbdə professordur. Burada beynəlxalq media, müqayisəli təbliğat, mədəniyyət və kapitalizm, kino və imperiya, eləcə də müasir siyasət və Rusiya tarixi üzrə dərslər keçir.