Hindistanda yaşayan siqh azlığı uzun illərdir fundamental hüquqlarına qarşı təzyiq, təqib və müxtəlif məhdudiyyətlərlə üzləşir.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinin sualını cavablandıran Siqh gənclər hərəkatının fəalı Kamaljit Kaur bildirib.
Onun sözlərinə görə, siqh fəallarına qarşı qorxutma, izləmə və təhdid halları həm ölkə daxilində, həm də xaricdə baş verir.
Kamaljit Kaur vurğulayıb ki, mövcud vəziyyətdə qlobal səylərin birləşdirilməsi və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar vasitəsilə bu məsələnin daha fəal şəkildə gündəmə gətirilməsi xüsusilə vacibdir.
Qadın fəal, həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, təşkilat beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl şəkildə siqh icmasının hüquqlarının pozulmasına yönəldir və bu mövzu ilə bağlı beynəlxalq dialoqun inkişafına töhfə verir.