14 mart 2026 00:11
107

İsrail HHQ Tehrana hücum edib

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) İranın paytaxtı Tehrana növbəti aviazərbələr seriyası endirməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı bəyanat İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin "Telegram" kanalında dərc edilib.

Bəyanatda qeyd olunub ki, hücumun obyektləri şəhərdə yerləşən hökumət binaları olub.

Bundan qısa müddət sonra İranın "Tasnim" agentliyi Tehranın bir sıra rayonlarında silsilə partlayışların olduğunu təsdiqləyib. Şəhərdə hava hücumundan müdafiə sistemlərinin atış səsləri eşidilir. Nəşrin məlumatına görə, partlayışlar Tehranın mərkəzi və şimal hissələrində qeydə alınıb, bununla belə hazırda dəymiş ziyanın miqyası barədə məlumat yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.