14 mart 2026 20:56
103

"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb

Azərbaycanın ən böyük şəhərsalma forumuna ev sahibliyi edəcəyi ilə bağlı "Haber Global"da süjet yayımlanıb.

“İki sahil” xəbər verir ki, süjetdə 2026-cı il 17–22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) keçiriləcəyindən bəhs olunub.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbaxın da çıxışının yer aldığı süjetdə forumun əsas müzakirə mövzuları barədə məlumat verilib.