30 mart 2026 20:22
91

Arteta London klubunda qalacaq

Londonun "Arsenal" klubu baş məşqçi Mikel Arteta ilə yeni müqavilə üzrə danışıqların yekun mərhələsindədir.

“İki sahil” xəbər verir ki, “Matchday Central”ın məlumatına görə, yeni saziş mütəxəssisin komandadakı fəaliyyətini 2033-cü ilə qədər uzadacaq.

Hazırda Artetanın müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2019-cu ildən “Arsenal”a rəhbərlik edir və bu müddətdə 339 oyunda 210 qələbə qazanıb.

Qeyd edək ki, London klubu hazırda Premyer Liqada 70 xalla liderdir və həm İngiltərə Kuboku, həm də Çempionlar Liqasında mübarizəni davam etdirir.