30 mart 2026 22:26
106

Bayraktaroğlu ilə NATO-nun admiralı təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu ilə NATO Hərbi Komitəsinin sədri (CMC) admiral Cüzeppe Kavo Draqone arasında videokonfrans baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "X"dəki hesabında məlumat yayılıb.

"Videokonfrans üsulu ilə keçirilən görüşdə, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib", - məlumatda bildirilib.