31 mart 2026 21:46
100

Ləyaqət və qürur hissini itirən marginallar

Son vaxtlar ayrı-ayrı xarici ölkələrdə məskunlaşan, xəyanət simvoluna çevirlən məlum antimilli ünsürlər-dezinfarmotorlar erməni lobbisinin sifarişi ilə sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyasını daha da gücləndirərək ölkəmizin uğurlarına kölgə salmağa çalışır, siyasi sabitliyi və milli həmrəyliyi pozmaq, ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, bütün bunlar bu xəyanətkar, satqın, mənəviyyatsız başıpozuq sürünün Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktını bir daha aydın şəkildə göstərməkdədir.

Anti-Azərbaycan dairələrin və bəzi xarici ölkələrin təhlükəsizlik orqanlarının toruna düşən, bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan,  bədxahlarımıza köləlik edən, zombiləşərək dövlətimizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan “siyasi mühacir” kod adlı antimilli ünsürlər-Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi xəyanətkarlar erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşərək onların təlimat və tapşırıqlarını yerinə yetirirlər.

Şübhəsiz, bədxahlarımızın ölkəmizə qarşı apardıqları ideoloji təxribatlar nəticəsiz qalacaq. Ölkəmizin başçısının bildirdiyi kimi, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Ən əsası da odur ki, qüdrətli Azərbaycan dövləti erməni lobbisinin, məkrli mərkəzlərin, eləcə də onlarla sıx işbirliyində olan antimilli ünsürlərin bütün cəhdlərinə, xarici təzyiq və təhdidlərə həddindən artıq tutarlı cavab vermək imkanlarına malikdir. Onların bu cür əməllərinin rəsmi, ictimai və media müstəvisində daim ifşa olunması davam etdiriləcək. Ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən istər xarici məkrli dairələr, istərsə də “sapı özümüzdən olan baltalar” birdəfəlik bilməlidirlər ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi və bir günlük lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoyan, mükəmməl ideoloji, si­yasi, təhlükəsizlik konsepsiyasına malik olan Azərbaycan zamanın çağırış­ları fonunda öz milli maraqlarına uyğun hə rəkət edib və bundan sonra da edəcəkdir.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan bu ünsürlərin sosial şəbəkələrdəki antimilli çıxışları bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə məlum antimilli ünsürlərdən ustalıqla istifadə edirlər.

Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən həmin dağıdıcı ünsürlər bu dəfə də iflasa uğrayacaq və tarixin zibilliyində gömüləcəklər. Radikal təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri cəmiyyətimizdə ciddi narazılıq və etirazla qarşılanır. Korparativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əlehydaralarının beş-on quruşuna satan bu xəyanətkar dəstənin tarix səhnəsindən silinməsi qaçınılmaz prosesə çevrilib.

Heç bir cinayət cəzasız qalmır. Azərbaycan dövlətinə, xalqımızın milli maraqlarına qarşı ermənipərəst və anti-Azərbaycan dairələrlə işbirliyində fəaliyyət göstərən bu ünsürlər mütləq ölkəmizin hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər.

Zahid Rza, “İki sahil”