15 aprel 2026 14:05
145

Britaniya Ukraynaya 120 min PUA göndərəcək

Böyük Britaniya 2026-cı ildə Ukrayna-ya 120 min pilotsuz uçuş aparatı (PUA) göndərəcəyini açıqlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Berlində keçiriləcək “Ramştayn” formatlı görüş ərəfəsində məlumat verib.

Rəsmi açıqlamada bildirilir ki, bu, Ukraynaya indiyədək edilən ən böyük dron tədarükü olacaq və il ərzində ən azı 120 min PUA göndəriləcək.

Qeyd olunur ki, London Kiyevə müxtəlif təyinatlı pilotsuz sistemlər təqdim edəcək.  Bu texnikanın böyük hissəsi Tekever, Windracers və Malloy Aeronautics kimi Britaniya şirkətləri tərəfindən istehsal olunacaq.

Məlumata görə, yeni partiyanın tədarükünə artıq cari ay başlanılıb. Bununla yanaşı, Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya mərmisi də göndərməyi planlaşdırır.

Daha əvvəl mediada yayılan xəbərlərdə bildirilib ki, Ukrayna ilə Almaniya arasında da təxminən 4 milyard avro dəyərində yeni müdafiə paketi razılaşdırılıb.