17 aprel 2026 18:47
147

Simasız lakeylərin mənəvi-əxlaqi deqradasiyası

Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, Vətənə məhəbbət hissindən uzaq olanlar zaman-azaman zombiləşərək köləcəsinə öz ölkələrinə düşmən kəsilirlər. İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan, beynəlxalq müstəvidə mövqeləri daha da möhkəmlənən Azərbaycanın imicini, eləcə də ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq üçün ən çirkin vasitələrdən istifadə edən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Əfqan Muxtarlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Mehman Hüseynov kimi xəyanətkarlar anti-Azərbaycan şəbəkənin tezisləri ilə silahlanaraq onların tapşırıqlarını yerinə yetirmək, qrantlarını yemək üçün dəridən-qabıqdan çıxırlar. Şər, böhtan və təhqir əxlaqi-mənəvi deqradasiyaya uğrayan, “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində məskunlaşan bu ləyaqətsiz ünsürlərin əsas manipulyasiya alətidir.

Son zamanlar məlum dairələrin maşası olan bu antimilli ünsürlərün, muzdlu nökərlərin, zombiləşmiş qaragüruhçu dəstənin üzvlərinin“YouTube” və “Facebook”da “Osmanqızı”, “Azərbaycan saatı”, “Azad söz”, “Sancaq” kimi internet tv-lərdə respublikamızın vəzifəli şəxslərini, dövlətimizin simvollarını təhqir etmələrini bağışlamaq olmaz.

Sosial şəbəkələrin canına daraşan bu parazitlərin əsas işi öz xarici ağalarının tapşırığı ilə gecə-gündüz uğurlarımıza ləkə yaxaraq, şər-böhtan yağdıraraq ictimai rəyi yanlış istiqamətə yönləndirmək və bu yolla xalqımızın milli-mənəvi sərvətinə çevrilən milli birliyimizi sarsıtmaq, cəmiyyəti xaos və anarxiya bataqlığına sürükləməkdən ibarətdir. Öz şərəfsizlik avtobioqrafiyalarına hər gün yeni səhifələr yazan, milli mənlik şüurunu, heysiyyatını itirərək  bütün dünyada xaos, anarxiya, qarğaşa, aclıq və səfalətin, hər cür pisliyin hakim olmasına var gücü ilə çalışan dəccalların fitnəsinə uyan bu satqın və mənəviyyatsız zavallılar  hələ də anlamırlar ki, heç zaman öz istəklərinə, çirkin niyyətlərinə nail ola bilməyəcəklər. 

Ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə təhrikedici çıxışlar edənlərin bu pozuculuq cəhdləri cəmiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, öz şəxsi maraqları naminə Vətənə xəyanət etməyə hazır olan bu ünsürlərin iç üzünü artıq xalqımız yaxşı tanıyır, onların kimlərə, hansı məkrli məqsədlərə xidmət etdiklərini də yaxşı bilir. Qətiyyətlə demək olar ki, milli mənlik şüurunu itirən, həmin dairələrdən ianə və qrant alan bu antimilli ünsürlər qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, milli ruhumuzun, birlik və həmrəyliyimizin təntənəsi olan möhtəşəm Zəfərimizi həzm edə bilməyənlərin, Azərbaycanı gözü götürməyənlərin, ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin maşası rolunu əxlaqsızcasına oynayan mənəviyyatsızların bütün çirkin fəaliyyətləri nəticəsiz qalacaq. Tezliklə bu xəyanətkar, düşmənlərimizin maraqlarına xidmət edən qulbeçələrin, sosial şəbəkələrdə informasiya terroru ilə məşğul olan ləyaqətsizlərin, mənəvi-psixi sarsıntılar içində çırpınan əxlaqsız Vətən xainlərinin və onların ipini əlində tutan qüvvələrin bütün cəhdləri fiaskoya uğrayacaq. 

Zahid Rza, “İki sahil”