30 aprel 2026 01:47
143

Birlikdə 100 qol vurdular

"Bavariya"nın futbolçuları Harri Keyn, Maykl Olise və Luis Dias cari mövsümdə yüksək məhsuldarlıq nümayiş etdiriblər.

Harri Keyn (54 qol), Maykl Olise (26 qol) və Luis Dias (20 qol) cari mövsümdə bütün turnirlərdə çıxış etdikləri matçlarda komanda üçün birlikdə 100 qol vurublar. 

Qeyd edək ki, Avropanın "Böyük beşlik" liqalarında bir mövsüm ərzində 100 qol həddini aşan sonuncu belə hücum üçlüyü "Barselona"nın əfsanəvi triosu olan Lionel Messi, Neymar və Luis Suares olub. Onlar 2014/2015 mövsümündə 122, 2015/2016 mövsümündə 131 və 2016/2017 mövsümündə 111 qola imza atıblar.

Xatırladaq ki, aprelin 28-də Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"nın PSJ-yə 4:5 hesabı ilə məğlub olduğu matçda da Münhen təmsilçisinin qollarından üçünü məhz bu futbolçular vurublar. Həmin görüşdə Harri Keyn, Maykl Olise və Luis Diasın hərəsi rəqib qapısına bir dəfə yol tapmağı bacarıb.

QOL.az