13 may 2026 07:57
144

Türkiyənin TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb

Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.

“İki sahil” bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Telekanalın məlumatına görə, Türkiyənin TDT ölkələrinə məhsul ixracının həcmi ötən il 9,6 milyard dollar təşkil edib. Buna qarşılıq olaraq 7,3 milyard dollarlıq məhsul sözügedən ölkələrdən idxal edilib. Beləliklə, TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.

Türkiyənin məhsul ixrac etdiyi TDT-yə üzv ölkələr arasında Qazaxıstan illik 3,2 milyard dollarla birinci yerdə qərarlaşıb. Azərbaycan 3 milyard dollarla ikinci, Özbəkistan (1,3 milyard dollar) isə üçüncü sırada yer alıb.