13 may 2026 08:29
146

İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə son sutkada azı 13 nəfər həlak olub

Ötən sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 13 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Livan Səhiyyə Nazirliyinin məlumatında deyilir.

"Düşmən aviasiyasının Nəbatiyə şəhərinə zərbəsi nəticəsində beş Livan vətəndaşı, o cümlədən iki mülki müdafiə işçisi həlak olub. Nəbatiyə ətrafında yerləşən Cibşitdə dörd nəfər həyatını itirib, onların arasında Livan Silahlı Qüvvələrinin hərbi qulluqçusu da var", - qurumun rəsmi məlumatında bildirilib.

Bundan başqa, sərhədyanı Bint-Cübeyl rayonundakı Kfar-Dunin yaşayış məntəqəsinin bombardmanı zamanı bir qadın və bir uşaq olmaqla, dörd yerli sakin öldürülüb.