Meksika hakimiyyəti ölkə ərazisində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ya hər hansı digər xarici qurumlar tərəfindən gizli və güc əməliyyatlarının həyata keçirilməsi ehtimalını qətiyyətlə təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Xarfuş "X" sosial şəbəkəsində bildirib.
"Tekamakda (Mexiko ştatı) partlayışla bağlı MKİ-nin narkokartellərə qarşı əməliyyatlarda guya iştirakından bəhs edən versiyaya gəldikdə Meksika hökuməti milli ərazidə xarici xüsusi xidmət orqanlarının ölümcül, məxfi və ya birtərəfli əməliyyatlarının həyata keçirilməsini normallaşdırmağa, qanuniləşdirməyə və ya buna işarə etməyə yönəlmiş hər hansı təfsiri birmənalı şəkildə rədd edir", - qurum rəhbəri bildirib.