13 may 2026 10:56
86

Astanada Türk Dövlətləri Təşkilatının biznes forumu keçirilir

Qazaxıstan paytaxtında Türk Dövlətləri Təşkilatının (TDT) biznes forumu keçirilir. Tədbir “TDT ölkələrinin iqtisadi inteqrasiyası və əməkdaşlığı: sənaye, kənd təsərrüfatı, logistika və rəqəmsallaşma sahəsində yeni imkanlar” mövzusuna həsr olunub.

“İki sahil” xəbər verir ki, forum Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatası və Qazaxıstan Ticarət Palatasının təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi TDT ölkələri arasında iqtisadi inteqrasiyanı inkişaf etdirmək, işgüzar əlaqələri gücləndirmək, əməkdaşlıq layihələrini təşviq etmək və əsas iqtisadi sektorlara investisiya cəlb etməkdir.

Forum plenar iclas, panel iclası, B2B görüşləri və ikitərəfli sənədlərin imzalanmasını əhatə edir.