İran Ali Məhkəməsi tərəfindən İsrailin kəşfiyyat xidmətinə işləməkdə ittiham olunaraq edam cəzasına məhkum edilən Ehsan Afreşteh mayın 13-ü səhər saatlarında dar ağacından asılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Ehsan Afreşteh “Mossad” tərəfindən Nepalda xüsusi təlimə cəlb olunub, həmçinin ingilis, fransız və ivrit dillərini mənimsəyib.
Müstəntiqlərin sözlərinə görə, o, İsrail kəşfiyyatına xidmət zamanı “Ceyms” ləqəbindən istifadə edib, “Mossad”la elektron poçt və müxtəlif mesaj tətbiqləri vasitəsilə əlaqə saxlayıb. Ehsan Afreşteh “Mossad”ın ilk tapşırıqlarını taksi sürücüsü kimi yerinə yetirib.