Dağıstan parlamentinin üzvləri Maqomed Ramazanovun respublika hökumətinin sədri vəzifəsinə namizədliyini təsdiqləyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mayın 6-da Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin əvvəlki regional hökumətin istefası haqqında fərman imzalayıb.
Maqomed Ramazanovun namizədliyini 81 seçici dəstəkləyib. Dağıstan parlamentində 90 deputat var.
Mayın 4-də Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin oktyabrından bəri Dağıstana rəhbərlik edən Sergey Melikovun istefasını qəbul edib. Onun yerinə əvvəllər respublika Ali Məhkəməsinin sədri vəzifəsində çalışan Fyodor Şukin təyin edilib.