Böyük Britaniyanın ABŞ-dəki səfir müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumata görə, Vaşinqtondakı ikinci rütbəli britaniyalı diplomatın işdən çıxarılması Milli Təhlükəsizlik Şurasının iclaslarında müzakirə edilən məxfi məlumatların mediaya sızması ilə bağlı araşdırma ilə əlaqələndirilir. Bildirilir ki, sızdırılan məlumatlar son həftələrdə Britaniya nazirlərinin İranla bağlı müharibə məsələlərinə dair açıqlamalarını əhatə edib.
Qəzet yazır ki, Roskonun istefası gözlənilməz olub və mayın 19-da səfirlik əməkdaşlarına göndərilən elektron məktubda qərarın səbəbi açıqlanmayıb.
Rosko 2025-ci ilin sentyabrında Britaniyanın ABŞ-dəki səfiri Peter Mandelson vəzifədən uzaqlaşdırıldıqdan sonra beş ay diplomatik missiyaya rəhbərlik edib. O, həmçinin Donald Trampın Böyük Britaniyaya dövlət səfərinin və III Çarlzın 2026-cı ilin aprelində planlaşdırılan cavab səfərinin təşkilində iştirak edib.
Məlumata görə, Rosko səfir postuna namizədlərdən biri olsa da, vəzifə 2025-ci ilin dekabrında keçmiş britaniyalı diplomat Kristian Ternerə həvalə olunub.